"Ordumuz geri çəkildi" - Qalstanyan
Vəziyyət son dərəcə ağırdır, aylarla, günlərlə düşündüklərimiz reallığa çevrildi. Ordumuz mövqelərindən geri çəkildi.
Bunu Xeyrimli (Kirants) kəndində ArmLur.am ilə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən bunu öz gözlərimlə görməmişəm, amma belə deyirlər, yəqin insanlar görüblər.
Ordu qapılarını açır, xalq öz polisinə və əsgərlərinə qarşı deyir: qapıları açmayın”, - Qalstanyan bildirib.
Xatırladaq ki, Tavuş vilayətində dövlətlərarası yol bir neçə gündür bağlanıb. Bu, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın demarkasiya və delimitasiya işləri ilə bağlı Azərbaycanla razılıq əldə olunduğu barədə bəyanat yaymasından sonra baş verib.