SİYASƏT
Tural Abbaslının partiyası üçün parlament seçkiləri başladı
AĞ Partiya İdarə Heyətinin iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən bildirilib ki, iclasda partiyanın Seçki Qərargahının yaradılması məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra AĞ Partiya Mərkəzi Seçki Qərargahının yaradılması
haqqında qərar qəbul olunub.
Qərargahın rəhbəri kimi partiyanın başqan müavini Kamran Məmmədli təsdiq
edilib.
Seçki Qərargahının formalaşdırılması və iş planının tərtib olunması yeni
təyin olunmuş sədrə həvalə olunub.