Azad Media Susdurula Bilməz!
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu- YENİLƏNİB
SİYASƏT

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu- YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.

Sonra dövlət başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.

***

13.11

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısı  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

"BakuFakt.az"

Reklam ADS