Ölkədə neqativ abu-hava formalaşdırmaqda məqsəd nədir?
Ölkədə neqativ abu-hava formalaşdırmaqda məqsəd nədir? - Milli həmrəyliyə qarşı total hücumlar başlayıb
Son günlər ölkədə baş verən neqativ hadisələri düzgün qiymətləndirmək və cəmiyyətdə mənfi abu-hava yaradan proseslərin ictimailəşdirilməsinin mənbəyini, ideoloji hədəflərini düzgün müəyyənləşdirmək üçün Prezident İlham Əliyevin andiçmə mərasimində nitqi ciddi şəkildə və dəfələrlə təhlil edilməlidir. Bu nitq əsas konsepsiya kimi qarşıya qoyulmalıdır. İ.Əliyevin bu dəfəki çıxışını əvvəlki çıxışlarından fərqləndirən ciddi detallar var.
Diqqət edin, sanki Prezidentin milli həmrəyliklə bağlı çağırışlarının, milli-mənəvi dəyərlər barədə söylədiyi fikirlərin hər biri üzərində işləyib, cəmiyyətə qarşı total hücumlar hazırlayıblar.
- İ.ƏLİYEV belə bir cümlə işlətdi: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir…”.
Prezident seçkilərinin keçirildiyi gün və ondan sonrakı dönəmdə cəmiyyətdə mənfi abu-hava yaradan videolar ötürülür, xalq neqativ, aqressiv və emosional notlarla yüklənir.
- İ.ƏLİYEV daha sonra deyir: “Ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır…”. O, ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasından və “mütərəqqi, yad dəyərlər”in cəmiyyətdən silinməsindən də danışdı.
Öldədaxilində risklərin olduğu nümayiş etdirilir. Xüsusilə, Azərbaycan xalqı üçün həssas olan ailə-məişət məsələləri və təhsil müstəvisində cinayət tərkibli və neqativ hadisələrin ictimailəşdirilir. Hansı sahədə ciddi boşluqlar varsa, həmin həssas nöqtələrdən hücumlar təşkil edirlər. Bizim cəmiyyət isə fərqli günahkarlar seçir və ictimai qınağa məruz qoyur: məktəb, müəllim, şagird, valideyn… Bütün bunlar təsadüf deyil, hər şey bu qədər sadə ola bilməz.
- İ.ƏLİYEV vurğulayır: “Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır….”.
Heç kəs şübhə edə bilməz, İ.Əliyev 17 il ərzində hər gün dünya ictimaiyyətini ədaləti bərpa etməyə, beynəlxalq hüququn təmin edilməsinə səslədi. Amma olmadı. Nəticədə Azərbaycan ordusu beynəlxalq hüququ və ədaləti təmin etməklə dünyada yeni presedent yaratdı.
Biz Birlikdə güclüyük.
Dəmir Yumruq Yerindədir.
Www.bakufakt.az