SİYASƏT
Bolqarıstan MİQ-29 təyyarələrini Rusiyada təmir etdirməyəcək
Bolqarıstan MİQ-29 qırıcı təyyarələrini təmir etdirmək üçün Rusiyaya göndərmək fikrində deyil.
APA-nın xəbərinə görə, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov yerli radioya müsahibəsində deyib.
Hökumət başçısı bildirib ki, indiki şərtlərdə Bolqarıstan hökuməti Rusiyaya böyük məbləğdə pul köçürülməsini qeyri-mümkün hesab edir. Təyyarələri vasitəşilərin köməyi ilə Rusiyaya göndərmək fikri isə absurddur.
Baş nazir ölkənin hava təhlükəsizliyi məsələsini glən həftə Pentaqon rəhbəri ilə müzakirə edəcəyini bildirib.
Mənbə//Azxeber.com