Stoltenberq XƏBƏRDARLIQ ETDİ: "Rusiya bəhanələr axtarır"
"Kreml əsaslandırıla bilməyənlərə haqq qazandırmaq üçün saxta bəhanələr axtarır”.
Bakufakt.az publika.az-a istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq "Welt am Sonntag”a müsahibəsində bildirib.
NATO baş katibi hesab edir ki, Rusiyanın özü Ukraynada kimyəvi silahdan istifadə etmək iqtidarındadır. Stoltenberq bunun müharibə cinayəti olacağını vurğulayıb.
"İndi bu yanlış iddialar irəli sürülüb, biz ayıq-sayıq qalmalıyıq, belə ki, Rusiyanın özünün də bu bəhanə ilə kimyəvi silah əməliyyatları planlaşdırması mümkündür” - o qeyd edib.
Qeyd edək ki, Rusiya son günlər bioloji və kimyəvi silahlarla bağlı absurd iddialar irəli sürür. Qərb nümayəndələri də Rusiyanın Ukrayna ilə müharibədə qeyri-ənənəvi silahlardan istifadə edə biləcəyindən ehtiyat edirlər. Çox güman ki, bunlar kimyəvi silahlardır, baxmayaraq ki, bu terminə kiçikmiqyaslı nüvə, bioloji və radioloji silahlar və ya "çirkli bombalar” da daxildir.