SİYASƏT
Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir - TƏHLİL
"Hazırkı proseslər fonunda Azərbaycana diqqət artmaqdadır. Antalya Diplomatiya Forumunun əsas müzakirə mövzularından biri də Rusiya-Ukrayna müharibəsinin fəsadlarının aradan qaldırılması olub. Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir”.
Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.
Azərbaycanın balanslı xarici siyasəti, dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əlaqələr qurması ölkəmizi beynəlxalq birliyin layiqli üzvünə çevirib. Cənubi Qafqazın lider dövləti, regionun sabitlik adası olan Azərbaycan sadəcə yerləşdiyi coğrafi bölgənin deyil, hətta qoca qitənin təhlükəsizliyinə müsbət təsir edəcək təşəbbüslərlə çıxış edir.
Mənbə:Oxu.az