SİYASƏT
ŞKTC ilə 5 türk dövləti arasında dostluq qrupu yaradıldı
Şimali Kipr Türk Cümhuriyyəti Cümhuriyyət Məclisinin Baş Assambleyasında ŞKTC ilə Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan parlamentləri arasında dostluq qruplarının yaradılması təklifi səsə qoyulub.
Türkiyə KİV-ə istinadən xəbər verir ki, təklif yekdilliklə qəbul edilib.
Qərarın qəbulu ilə Respublika Məclisində 5 yeni dostluq qrupu yaradılıb.