SİYASƏT
Minasyanın qardaşı nazir təyin olundu
Ermənistanda ədliyyə naziri vəzifəsinə təyinat olub.
Bu barədə məlumatı “Sputnik Ermənistan” xəbər verir ki, müvafiq Qərarı ölkə Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Bu vəzifə Qriqor Minasyana həvalə olunub.
Qeyd edək ki, o, Karen Andreasyandan sonra nazirliyə müvəqqəti başçılıq edirdi. Bazar günü nazirin müavini vəzifəsindən azad olunmuşdu.
Q. Minasyan Ermənistanın Vatikandakı eks-səfiri Mikael Minasyanın (2013-2018) doğma qardaşıdır.