Azad Media Susdurula Bilməz!
Azərbaycan Prezidentinin Moldovanın baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB +
SİYASƏT

Azərbaycan Prezidentinin Moldovanın baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB +

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub.

 Prezident İlham Əliyev Moldovanın Baş naziri Nataliya Qavrilitsanı qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

“Xoş gəlmisiniz, xanım Baş nazir. Sizi görməyimə çox şadam. Azərbaycana səfərə gəldiyinizə görə təşəkkür edirəm. Əminəm ki, səfər çox uğurlu olacaq və biz əməkdaşlığımızı gücləndirəcəyik. Bilirsiniz ki, Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var.

IRON MAX AZERBAIAN