SİYASƏT
Çavuşoğludan İrəvana mesaj: Təxribatlara son qoyulmalıdır
Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb.
“Ermənistan dərhal təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - o qeyd edib.