Azad Media Susdurula Bilməz!
Bərpa olundu: İran maşınları İrəvana Azərbaycandan gedir
SİYASƏT

Bərpa olundu: İran maşınları İrəvana Azərbaycandan gedir

İran yük maşınları müəyyən fasilədən sonra Gorus-Qafan magistral yolu ilə hərəkəti bərpa ediblər.

Barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdikdən sonra bu istiqamətdə hərəkət edən yük maşınlarından yol vergisi və tranzit haqqının alınmasına başlanılıb. Bu ödəniş isə yük maşınının həcminə uyğun olaraq 130-280 dollar olub.

İran yük maşını sürücüləri bu pulu ödəməmək üçün alternativ – Tatev-Ağvan yolundan istifadəyə üstünlük veriblər. Lakin bu yol daha uzaq olduğu üçün vaxt və yanacaq sərfi ilə bərabər, yolun ensizliyi və təhlükəli döngələr qəzaları da qaçılmaz edirdi. Buna görə də İran yük maşınları yenidən Gorus-Qafan yolundan istifadəyə başlayıblar.

Erməni mediası bu səbəbdən Ermənistan hakimiyyətinin alternativ Şinuayr-Tatev-Ağvan-Qafan yolunun genişləndirilməsini sürətləndirdiyini qeyd edib

IRON MAX AZERBAIAN