
şi̇kayət müraci̇ət
Bakıda naməlum şəxs yolun hər iki tərəfini zəbt edib sürücülərdən pul alır - ŞİKAYƏT
Bakının Nizami rayonu, Mahsəti Gəncəvi küçəsi 41 ünvanında küçədə qanunsuz parklanma təşkil edilib.
Bu barədə Bakufakt.az-a şikayətçi Nicat Abdullayev məlumat verib.
Onun sözlərinə görə, birzolaqlı, bir istiqamətli yolda naməlum nəfər şəxs qanunsuz şəkildə yolun həm sağ, həm də sol tərəflərində parklanma zonasını zəbt edib.
"Həmin şəxs ərazidə avtomobil saxlamaq istəyən sürücülərdən qeyri-qanuni şəkildə pul yığır. O, sürücülərə kobud və təhqiramiz davranır, əgər ona pul verilməzsə, "bura mənim ərazimdir", "mən buranı həll etmişəm", "istədiyim yerdə dəmir və beton maneələr qoya bilərəm" kimi ifadələr işlədir. Yolun hər iki tərəfi qeyri-qanuni şəkildə beton bloklar və metal maneələrlə tamamilə bağlayıb".