
Jurnalist təhdid edilərək xəsarət yetrildi. Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova Müraciət.
Hörmətli daxili işlər naziri cənab Vilayət Eyvazov!
Mən Borcəliyev Rəşad 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı olmuşam. Müharibə dövründə aldığım zədələr səhhətimə və peşə fəaliyyətimə ciddi şəkildə mənfi təsir göstərib. Bu səbəbdən ardıcıl və davamlı olaraq həm ambulator, həm də tibb müəssisələrində stasionar müalicəyə cəlb edilmişəm.
Müharibədə aldığım xəsarətlər barədə qısa arayışı təqdim edirəm:
F6.20 Müharibə fəlakəti keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Baş- beyin ağır kəllə travması;
F078 Baş- beyin üzvü xəstəlikləri (partlayış baro travma);
F068 Travma nəticəsində psixi və davranışları anamizendə çoxsaylı intihar cəhdləri;
F07 partlayış nəticəsində disosasiv daxil olmalarla çox saylı intihar cəhdləri.
Təqdim etdiyim arayış mənim fiziki durumum barədə müəyyən fikrin formalaşmasına xidmət edə bilər.
Diqqətinizə çatdırıram ki, 20 ilə yaxındır mətbuatda çıxış edirəm. Hazırda “Bakufakt.az” saytının təsisçisiyəm. Fəaliyyət göstərdiyim müdət ərzində peşə etikasını daim qorumuş, mətbuat səhifələrində həmişə dövlətə və dövlətçiliyə xidmət etmişəm. Müharibə qazisi olmağım da dövlətə xidmətmin bariz nümunəsidir. Bundan başqa, oğlum Omar Borcəli mötəbər idman yarışlarının işirakçısıdır, belə yarışlarda DİN əməkdaşları adından döyüşüb, bəzi xərcləri DİN tərəfindən qarşılanır.
Cənab nazir!
Sizə müraciətimin səbəbi 28.04.2025 tarixində Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA 1 yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən “Razi” mağazasında qarşılaşdığım vəziyyətdir. Rahib adlı şəxs məni öz çirkin əməllərinə ortaq etmək, bu mümkün olmayanda isə cinayətə sövq etməkdən çəkinmir. Belə ki, bu şəxs mağazada olduğumu görərək qəfildən, heç bir səbəb və ya mübahisə olmadan məni ağır ifadələrlə təhqir etməyə, söyüş söyməyə başladı. Haqlı olaraq iradımı bildirəndə, mənə fiziki zor tətbiq etdi. Müharibədən sonra nitq və eşitmə qüsurlu olduğum və fiziki zərbənin gücündən müvazimətimi itirdim, kənarda olan su şüşələri yığılmış dolaba dəydim. Zərbənin təsirindən başım, boynum, bədənim, qollarımdan xəsarət aldım. Bu zaman affekt vəziyyətinə düşdüyüm üçün mübahisəmiz münaqişəyə çevrildi.
Hadisədən sonra bu barədə sahə rəisinə ətraflı məlumat verdim. Rahib bölməyə dəvət edilsə də, özbaşınalığından gəlməyi özünə rəva bilmədi.
Məlumat üçün bildirim ki, bundan əvvəl də dəfələrlə dələduzluq və xuliqanlıq əməlləri törətdiyinə görə barəsində qanunamüvafiq tədbir görülsə də, sözügedən şəxs bundan nəticə çıxarmayıb. Dəfələrlə qanun keşikçilərinə, dövlət orqanlarına qarşı əks-təbliğat aparıb, dövlətin həyata keçirdiyi islahatlara özünəməxsus tərzdə qarşı çıxıb, özünü kriminal aləmin təbliğatçısı kimi tanıdıb.
Onunla aramızda yaranan son münaqşəyə əsas səbəb isə mənim peşə fəaliyyətimlə bağlı gördüyüm işlər, əvvəllər dəfələrlə onun polis orqanları əleyhinə apardığı fəaliyyətə, qarayaxma kampaniyasına son qoyuması barədə müraciətlərim olub. O, bu müracətlərə də məhəl qomayaraq qarayaxma kampaniyasını davam etdirib. Son dəfə isə mənə fiziki zor tətbiq etməkdən çəkinməyib və hazırda polis orqanlarının çağırışından yayınır.
Cənab nazir!
Bir daha Sizə müraciət edərək bu şəxs barədə qanunun tələblərinə uyğun tədbir görülməsi barədə göstəriş verilməsini xahiş edirəm..