şi̇kayət müraci̇ət
Ramana sakinlərinin bitməyən avtobus dərdi
Sabunçu rayonu, "Şuşa şəhərciyi"nin sakinləri 214 nömrəli avtobus xəttinin fəaliyyətindən şikayətçidirlər.
Vətəndaşlar bildiriblər ki, qəsəbəyə yalnız bir marşrut xətti işləyir.
Bu hal isə günün pik saatlarında sıxlığa səbəb olur. Hələ bu azmış kimi digər problem sərnişinlərin "BakıKart"ların balansını artıra bilməməsidir.
Çünki bunun üçün dayanacaqlarda aparat tapılmır.
"Axşamlar 5-6-dan sonra minə bilmirik, nəfəs almaq olmur, ürəyi keçən olur. Sıxlıqdan yaşlı adamlar pis günə düşürlər. Ayaqüstə qalır hamı", - Ramana sakini narazılığını bildirib.