“Medistyle Hospital"da savadlı insanlarla işləmək Elşad həkimə sərf eləmir - ŞİKAYƏT
Tanınmış iqtisadçı Eyyub Kərimli “Medistyle Hospitlda” ciddi qanunsuzluqla üzləşib.
Bakufakt.az onun bu barədə fikirlərini təqdim edir: “Əziz dostlar, media və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları. Dünən Medistyle Hospitlda böyük bir qanunsuzluq və özbaşınalıqla üzləşdim. Deməli ailə üzvümün əməliyyatı üçün həkim Elşad Rzayevə müraciət etdik. Böyük məbləğdə analizlər və əməliyyat üçün vəsait ödədik və bu gün saat 9:00 əməliyyat təyin edildi. Onu da qeyd edim ki, ödənişi yalnız nəğd formada tələb etdilər, nəğdsiz ödənişi qəbul etmirlər. Lakin ödəniş zamanı qəbz və pasientlə bağlanan müqaviləni istədim. Bunların heç biri təqdim edilmədi. Dünən gecə həkim mənə zəng edib müxtəlif qeyri – ciddi səbəblər göstərməklə əməliyyatı edə bilməyəcəyini bildirdi. Siz təsəvvür edin, ödəniş qəbzini və xidmət müqavilənin surətini istədiyim üçün qorxub əməliyyatdan imtina etdilər. Deməli bu klinika həm vergidən yayınır, həm pasientin hüquqlarını kobud fotmada pozur. Dövlət Vergi Xidmətindən bununla bağlı ciddi ölçü götürməyi, media nümayəndələrindən isə xahiş edirəm bu məsələni geniş işıqlandırsınlar. Həkim mənə deyir: “bilirsiz, savadlı insanlarla işləmək istəmirik, orta bilikli insanlar daha rahatdı işləmək”. Yəni şikəst qoymağa”.
Qeyd edək ki, Elşad Rzayev mədəkiçiltmə əməliyyatları üzrə ixtisaslaşmış həkimdir.
Təəssüflər olsun ki, bu mövzu ilə bağlı sözügedən xəstəxananın mövqeyini öyrənə bilmədik.