Azad Media Susdurula Bilməz!
Yasamalda sakinlər başçıdan MƏDƏT UMUR... - MÜRACİƏT
şi̇kayət müraci̇ət

Yasamalda sakinlər başçıdan MƏDƏT UMUR... - MÜRACİƏT

“YASAMAL 6” MMMC-nin icraçı direktoru Rahib Əliyev Həsən bəy Zərdabi küçəsi, 84 ünvanında yaşayan sakinlərin adından Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məktubla müraciət edib.

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binada yerləşən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin icraçı direktoru Rahib Əliyev göstərilən ünvanda yaşayan mənzil mülkiyyətçilərinin qarşılaşdığı problem barədə məktubunda məlumat verərək sakinlərin aidiyyəti qurumlardan yardım gözlədiyini qeyd edib. Məktubda Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq COP-29 tədbiri ərəfəsində paytaxtda aparılan abadlıq işləri vurğulanır, göstərilən ünvanda yerləşən binanın da təmirinə ciddi ehtiyac yarandığı qeyd edilir. Məktubda deyilir:

“Yazıb nəzərinizə çatdırmaq istəyirik ki, qeyd olunan ünvanda yerləşən binamız 2003-cü ildə yaşayışa təhvil verilmişdir. İllər keçdikcə bina köhnələrək yağış və soyuq hava şəraitindən amortizasiyaya məruz qalmış və küçəyə baxan hissəsinin fasadında ciddi problemlər yaranmışdır. Belə ki, fasadın rəngi suvaq qarışıq qopur və yerə tökülür, bu da binaətrafı yoldan keçən piyadalara və bina sakinlərinə həyati təhlükə yaradır. Eyni zamanda Cənab Prezidentimizin yürütdüyü siyasətə və yaxın gələcəkdə keçiriləcək COP-29 tədbiri üzrə hazırlıqlara əsaslanaraq, aparılan abadlıq işlərinin ünvanı qeyd olunan binamızda da aparılmasını yəni, üz fasadının yenidən təmir olunaraq rənglənməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik. Diqqətinizə görə dərin təşəkkürümüzü bildiririk”.

Məktubda vurğulanır ki, bina sakinləri əlaqədar təşkilatların onların müraciətinə həssas yanaşacaqlarına inanırlar. Əgər tədbir görülməsə Cənab Prezidentə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qalacaqlar.

IRON MAX AZERBAIAN