Azad Media Susdurula Bilməz!
“Xırdalan”, “Tuborg”, "Kuler” və “Baltika 9" pivələrinin istehsalçısına yazılan protokola bu tarixdə baxılacaq - 20 minlik cərimə
şi̇kayət müraci̇ət

“Xırdalan”, “Tuborg”, "Kuler” və “Baltika 9" pivələrinin istehsalçısına yazılan protokola bu tarixdə baxılacaq - 20 minlik cərimə

“Carlsberg Azerbaijan” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Sənədə Abşeron Rayon Məhkəməsinin hakimi Firuzə Kərimovanın sədrliyi ilə iyunun 10-da baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC “Xırdalan”, “Tuborg”, "Kuler” və “Baltika 9" pivələrinin istehsalçısıdır.

IRON MAX AZERBAIAN