şi̇kayət müraci̇ət
Bələdiyyə sədri cəzalandırıldı
Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin sədri Əli Xeyrəddin Nizami oğluna inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Biləsuvar Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin sədrliyi ilə araşdırılacaq.