Azad Media Susdurula Bilməz!
Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir - NƏ ETSİN?!!
şi̇kayət müraci̇ət

Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir - NƏ ETSİN?!!

Şabran rayon sakini Emrəliyev Cavanşir Xocaman oğlu tərərfindən  şikayət məktubu daxil olub. Şikayətçi oğlunun qanunsuz yerə iş yerinin dəyişidirlməsindən narazıdır:

“Mən, Emrəliyev Cavanşir Xocaman oğlu, yazarq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Oğlum Emrəliyev Samir Cavanşir oğlu Şabran rayonunda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADYQCS) nəzdindəki “Tağıyev işarəvermə və rabitə sahəsi” üzrə fəhlə işləyirdi. 3 il sonra elə həmin yerdə elektrik mexaniki peşəsinə yiyələndi. Lakin 1 il 6 ay işlədikdən sonra yeni təyin olunmuş idarə rəisi Elxan İsmayılov heç bir əsas göstərilmədən, yəni əmri olmadan onu başqa sexə keçirdi. Hansı ki, rəisin bu qərarı hər bir bir işçi tərəfindən maraqla qarşılandı.

Daha sonra Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADYQCS) rabitə xidmətinin Qəzənfər adlı rəisi, ADYQCS-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarlı, sonra isə ADYQCS-nin sədri 38 nəfərin ixtisara düşdüyünü oğluma bildirib. O, kimlərin ixtisara düşdüyünü soruşanda, qeyd edib ki, həmin siyahını mən heç kəsə göstərə bilmərəm.

Gecə növbəsini də ləğv edib, özlərindən yeni qrafik əlavə ediblər.

İdarə rəisi Elxan İsmayılov ştatları Qəzənfər müəllimlə həll edib, "istədiyimizi edirik, heç bir qanun bizim vecimizə deyil", - deyirlər. Əlavə edirlər ki, "get, kimə, hara istəyirsən şikayətini bildir. Onsuz da hara şikayət versən yenidən həmin şikayəti üstümə göndərəcəklər, mən də necə lazımdır, elə də edəcəm. Lap istəyirsən Səddam Hüseynə deyin, mənim vecimə də deyil”. Bu yəqin ki, özbaşınalığın, harınlamanın son həddidir.

Ölkə başçısından tutmuş, Respublika Həmkarlar Konfederasiyasının sədrinə kimi, 11 dövlət qurumuna teleqramla şikayət etməyimə baxmayaraq, 2023-cü ilin noyabr ayından bu günə kimi heç kimi problemimlə maraqlanmayıb. Məktublar şöbəsində bir qoçu var, adı Fəxrəddindir. O da deyir ki, get kimə isteyirsən de, bizə heç nə edə bilməzsən. Adını çəkdiyim şəxs məktublar şöbəsində rəis müavini işləyir.

Sonda onu da qeyd etmek istəyirəm ki, "Tağıyev sahəsi"ndə 4 rabitə stansiyasının evi var, hamısında 3-5 nəfər oturub, yalnız Şabran rabitə evində bir sex rəisi, bir elektrik,1 mexaniki var. Maraqlıdır, niyə ?
Elxan İsmayilov deyir ki, haranı, necə istəyirəm, elə də işlədirəm. O, 8 saatlıq iş saatımızı 7 saata endirib, 5 iş günlərimizi isə 6 iş gününə çevirib, gecə növbələrimizi bağlayıb, 24 saat iş vaxtı elan edir.
ADYQCS-nin tərkibində olmadığı halda, rəis Elxan İsmayılov müxtəlif bəhanələr gətirərək "Yalama Rabitə Evi"ni 24 saat iş rejimində, yəni kefi istədiyi kimi işlədir. Elxanın, Qəzənfərin və Elçinin köməkçilərinə dəfələrlə məni qəbul etmələri üçün xahiş etmişəm. Lakin rədd cavabı almışam.

2023-cü ilin noyabr ayından deyirdilər ki, guya pensiya yaşı çatmış şəxsləri işdən azad edilirlər. Lakin tamamilə yalan məlumatdır, pensiyaçılar bu günə kimi öz işlərində işləyirlər.
İdarə müdiri Elxan özü xahiş edir ki, pensiyaya çıxanlar geri qayıtsınlar. Niyə, hansı məqsədlə görəsən?
Oğlum Əmrəliyev Samiri isə yaşadığı və işlədiyi Şabran Rayonu Dəmir Yolu Rabitə Evindən 200 km aralıda işə göndərir. Lakin oğlumun işlədiyi sexdə işçilər 1 il 6 ay ərzində heç vaxt evlərindən kənar stansiyaya göndərilmir.

Samirin ixtisara düşməsi istər İnsan Resursları, istər Birlik rəisinin, idarə müdirinin növbəti fırıldağıdır. Oğlum 44 günlük müharibə iştirakçısıdır, həm də dəmir yolu məktəbini bitirməsinə baxmayaraq, onu yaşayış yerindən 200 km məsafəyə işə göndərirlər.

Onu da qeyd edim ki, "Yalama Stansiyası"nda 5 nəfər işçi var, onlar da evlərinə yaxın - 150 metrlik yerdə işləyə-işləyə, guya uzaq məsafədən işə gəlib-gedirlər. Onları da 24 saat növbəli işdə işlədirlər. Bizi isə müxtəlif bəhanələrlə işdən uzaqlaşdırırlar. Başımıza açılan oyunun bir adı var, o da DƏRƏBƏYİKdir".

 

IRON MAX AZERBAIAN