Azad Media Susdurula Bilməz!
SOCAR-ın sabiq vitse-prezidentinin oğluna İLGİNC ittiham – məhkəməni saymır, DNT testindən keçmir!
şi̇kayət müraci̇ət

SOCAR-ın sabiq vitse-prezidentinin oğluna İLGİNC ittiham – məhkəməni saymır, DNT testindən keçmir!

“Orxan İsmayılzadə DNK ekspertizası keçirilən gün Bakıda idi. “Sentral Baku” restoranında oturmuşdu. Mən onu orada gördüm. O da məni gördü. Göz-gözə gəldik. Az 90 UU 900 “Porshe” maşınını da orada restoranın qabağında saxlamışdı. Amma məhkəmənin təyin etdiyi ekspertizaya gəlmədi, məhkəməni belə saymadı”.

Bu sözləri  SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini Fidan Abbasova deyib.

Onun sözlərinə görə, Orxan İsmayılzadə bilərəkdən ekspertiza keçməkdən imtina edir:

“Orxan deyir ki, guya Nil qızımız onun uşağı deyil. Eyni zamanda məhkəmənin təyin etdiyi ekspertizadan da keçməkdən yayınır. Gəl DNK testi ver, kimin yalan danışdığı üzə çıxsın”.

Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadənin vəkili Aytən Əliyeva Xətai Rayon Məhkəməsinə həqiqət olmayan məlumatlar verir:

“Vəkili hakim Aygün Həsənovaya yalan məlumat verib ki, guya Orxan İsmayılzadə Bakıda deyil, bu səbəbdən də guya məhkəmənin təyin etdiyi ekspertizada iştirak edə bilməyib”.

Fidan Abbasovanın bəhs etdiyi məhkəmə DNT ekspertizası qərarını Xətai Rayon Məhkəməsi verib.

Hazırda qeyd olunan məhkəmə instansiyasında Orxan İsmayılzadənin Fidan Abbasovaya və Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı qarşılıqlı iddialarına baxılır.

Orxan Mikayıl oğlu İsmayılzadə şərəf, ləyaqətin və işgüzar nüfuza zərər verilməsi iddiası ilə Fidan Abbasovaya qarşı məhkəmədə dava açıb.

Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edir. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib.

Fidan Abbasova isə övladı ilə birgə Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) gedərək orada ekspertizanın keçirilməsini gözləyib. Orxan İsmayılzadə ekspertizada iştirak etmədiyindən məhkəmənin müvafiq qərarı baş tutmayıb.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

IRON MAX AZERBAIAN