Azad Media Susdurula Bilməz!
Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir
şi̇kayət müraci̇ət

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Ötən həftə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılması barədə məlumat yayıldı. Qeyd edilirdi ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, son vaxtlar Mədəniyyət Nazirliyinə təabeli müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətmələri barədə ortaya çox faktlar yayılır. Analoji hallara Mədəniyyət Nazirliyinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Şəki Uşaq İncəsənət Məktəbində də yol verildiyi barədə məlumatları Aktualinfo.org hələ mart ayında yaymış və aidiyyəti qurumlardan sözügedən məktəbdə araşdırma aparılmasının zəruriliyini vurğulamışdı.

Xatırlatmaq istərdik ki, verilən məlumatlarda Şəki Uşaq İncəsənət Məktəbinin təxmini 30 otağı olmasına baxmayaraq orada 200-ə yaxın müəllim işlədiyi bildirilirdi. Həmşinin qeyd olunurdu ki, belə hesabla hər otağa 6 müəllim düşür. Şəki Uşaq İncəsənət Məktəbinin direktoru dərs saatlarını sənəd üzərində elə mahir bölür ki, dünyanın ən mahir riyaziyatçısı belə ona qibtə edər. Bu qədər müləllimin də balaca məktəbdə işləməsinin bir səbəbi var. Eldar Rəcəbovun pul hərisliyi. Eldar Rəcəbovun iştahı o qədər güclüdür ki, gözü doymur. Dərs saatlarını xırda-xırda parçalayaraq pul alaraq balaca bir məktəbə o qədər müəllim doldurmuşdur ki, müəllimlər heç iş yoldaşlarını belə tanımırlar. 200 müəllimdən ən azı 50-si heç məktəbin yolunu belə tanımır. Belə ki, onlar xalq arasındakı deyimlə “ölü can”lardır. Onlar staj xatirinə pul verərək işə girir və onların kartları daima Eldar Rəcəbovda olur. Eldar Rəcəbov həmin müəllimlərin kartlarını özündə saxlayır və hər dəfə əmək haqqı vurulanda bankomatdan həmin karlardakı əmək haqqını çıxarır. Belə olmasaydı Eldar Rəcəbov 650 manat əmək haqqı ilə özünə 2022-ci il istehsalı olan 55 -763 ağ “Prado” markalı 85 min manat qiyməti olan avtomobil ala bilərdimi?

Uşaq İncəsənət Məktəbi haqqında verilən məlumatlarda həmçinin qeyd edilir ki, Eldar Rəcəbov oğlunu da işlədiyi məktəbə müəllim kimi işə götürərək staji az olmasına baxmayaraq ona çoxlu dərs saatı yazmışdır. Belə ki, onun hazırda 24 saat dərsi var, halbu ki, 20-30 il stajı olan müəllimlərin bu qədər dərs stajı yoxdur. Demək olar ki, oğlu Araz heç məktəbə gəlmir də. Hazırda Eldar Rəcəbovun oğlu ona məxsus yuxarıda qeyd edilən mağzaları işlədir.

Eldar Rəcəbov oğlu ilə də kifayətlənməyib qohumlarına da məktəbdə iş verib. Həmçinin həmin məktəbdə onun qaynı Arzu müəllim və onun oğlu Orxan müıllim də işəyir. Onların özləri də demək olar ki, məktəbdə şəkərbura kimi ildə bir iki dəfə görsənirlər.

Verilən məlumatlarda həmçinin qeyd olunur ki, Mədəniyyət Nazirliyindən dəfələrlə Şəki Regional Mədəniyyət İdarəsinə məktub ünvanlanaraq yaxın qohumların işdən azad edilməsi və ya yerlərinin dəyişdirilməsi tələb olunub. Buna baxmayaraq Eldar Rəcəbov hal-hazıradək oğlunu və digər yaxın qohumlarını işdən azad etməmişdir. Hətta bir neçə ilə öncə Şəki Regonal Mədəniyyət İdarəsinin sabiq müdiri Mirvari Zeynalova ilə buna görə aralarında söz söhbət olmuşdur. Həmin vaxt Mirvari Zeynalova qanunun tələbinə əsasən Eldar Rəcəbovdan oğlunu işdən azad etməyini tələb etməsinə baxmayaraq Eldar Rəcəbov təkidlə oğlunu işdən azad etməmişdir.

Qeyd eək ki, bir mətbuat orqanı olaraq Aktualinfo.org bütün bu kimi məlumatların araşıdırılması məqsədi ilə bir sıra aidiyyəti dövlət qurumlarına müraciət ünvanlamışdır. Hələ aprelin 1-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi regional ədliyyə idarəsinə daxil olmuş müraciətə baxılması üçün aidiyyəti üzrə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə göndərilib, müraciətə baxılmasının nəticəsi barədə müraciət müəllifinə cavab verilməsi xahiş olunub.

Lakin üstündən iki aya yaxın vaxt keçməsinə baxmayaraq Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən Şəki Uşaq İncəsənət Məktəbində hər hansı bir yoxlamanın aparılıb, aparılmaması barədə nə redaksiyamıza nə də geniş ictimaiyyətə heç bir açıqlama verilməmişdir.

Qeyd edək ki, Şəki Regional Mədəniyyət İdarəsində ötən ilin iyulunda rəhbər dəyişikliyi edilib. Korrupsioner Mirvari Zeynalovdan sonra idarənin rəisi səlahiyyətini müvəqqəti icra edən Aqaəli Cəlilov ötən il qalmaqallı şəkildə sözügedən vəzifədən kənarlaşdırıldı. Yeni Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə idarənin yeni rəis əvəzi vəzifəsi isə Nargilə Qafarovaya həvalə edilib. Məlumatlara görə Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinə yeni təyin edilən Nargilə Qafarova uzun illər Qəbələdə mədəniyyət sektruna rəhbərlik edib.

Maraqlıdır, uzun illərdir mədəniyyət sektrunda çalışan Nargilə Qafarova Şəki Uşaq İncəsənət Məktəbində baş verən qanunazidd hallara niyə göz yumur? Ən azından Şəki Regional Ədliyyə İdarəsi məktubla Nargilə Qafarovanı məlumatlandırıb. Əldə etdiyimiz qeyri rəsmi məlumatlara görə Regional Mədəniyyət İdarəsi Şəki Uşaq İncəsənət Məktəbində yoxlama aparıb. Amma nədənsə yoxlamanın nəticəsi barədə nə Mədəniyyət Nazirliyinə nə də bir mətbuat orqanı olaraq bizə heç bir məlumat verməyib. Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir? Olmaya məktəbin direktoru Eldar Rəcəbovla dil tapmağa çalışır.

Olsun. Onsuz da biz Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halların araşdırılmasını digər aidiyyəti qurumlar qarşısında da qaldırmışıq. Respublikanın Baş prokurorluğuna ünvanladığımız müraciəti də sözügedən qurum araşdırmaq üçün aidiyyati üzrə Mədəniyyət Nazirliyinə göndərmişdir. Mədəniyyət Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyevin redaksiyamıza göndərdiyi məktubda isə deyilir.

“Sizin Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılmışdır.

Bildiririk ki, araşdırma ilə bağlı zərurət yarandığı üçün sözügedən müraciət ilə əlaqədar olaraq Sizin internet portalına məlumat verən şəxs və şəxslərin adı, soyadı, ata adı və əlaqə vasitələrinin təqdim edilməsini xahiş edirik”.

Göründüyü kimi Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halların araşdırılması hərtərəfli davam etdirilir. Şəki rayon prokurorluğunun da burada susqun qalması maraqlıdır. Əldə etdiyimiz məlumatlara görə musiqi məktəbində baş verənlərdən rayon prokurorluğunun da xəbəri var. Amma nədənsə Sumqayıt şəhər prokurorluğu kimi hərəkət etməkdə maraqlı deyil.
 

IRON MAX AZERBAIAN