Vəzifəli şəxslə bağlı şok iddia:"Əməllərinin üstünün açılmaması üçün məni ölümlə hədələyir"
Vəzifəli şəxslə bağlı şok iddia:"Əməllərinin üstünün açılmaması üçün məni ölümlə hədələyir"
Redaksiyamıza daha bir vətəndaş şikayəti daxil olub. Vətəndaş Riad Hüseynəliyev Bakı Şəhər Təhsil İdarəsinin Sabunçu-Xəzər xidmət bölməsinin təchizat şöbəsinin rəisi Əli Abdullayevin onu ölüm həddinə çatdırdığını iddia edib.
Şikayətçinin sözlərinə görə, Ə.Abdullayev vəzifə səlahiyyətlərindən istifadə edərək ona hədə-qorxu gəlir: “Mən dəfələrə onun korrupsiya əməllərinin şahidi olmuşam. Əli Abdullayev məni susdurmaq üçün bütün imkanlarından istifadə edərək məni təhdid edir, ölümlə hədələyir, məni izlətdirir. Elə vəziyyət yaradıb ki, mən artıq intihar həddinə çatmışam. Mən artıq bu təhdid şəraitində yaşaya bilmirəm”.
Riad Hüseynəliyev qarşılaşdığı vəziyyətlə bağlı kömək üçün hüquq-mühafizə orqanlarına müraciət edib:
“Məni ölüm həddinə çatdıran Əli Abdullayevin fəaliyyətinin araşdırılması və korrupsiya əməllərinin üzə çıxarılmasının istəyirəm. Bu şəxs məni ölüm həddinə çatdırıb. Xəbərdarlıq edirəm ki, mənimlə bağlı yaranacaq vəziyyətlərdə günahkar Əli Abdullayevdir”.
“Bakufakt.az” qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.