"Azərsun Holdinq"ə daxil olan mağazalar şəbəkəsindən şikayət:
"Neçənci dəfədir ki, "Al Market"də məhsullar vitrində endirimli göstərilsə də, kassada endirimsiz çıxır".
Bu barədə sosial şəbəkə istifadəçilərindən biri bildirib.
"Mayın 2-də aldığım kolbasanın (servelat) vitrindəki qiyməti 4.99 AZN olsa da, kassada 7.45 AZN qeyd edildi", məlumatda qeyd olunub.
Xatırlatma: "Al Market" mağazalar şəbəkəsi Abdulbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir.
Qeyd: Bu fakt inzibati xəta hesab edilir. Protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilir.