Azad Media Susdurula Bilməz!
Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...
şi̇kayət müraci̇ət

Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...

Qubanın Səbətlər kəndində sakinlər qaz, su və yol problemindən narazıdırlar. Sakinlər deyirlər ki, kəndə indiyədək qaz xətti çəkilməyib. Baxmayaraq ki, kəndin yaxınlığından qaz xətti keçir. Kənd sakinləri sudan da əziyyət çəkirlər, eyni zamanda yollar da bərbad vəziyyətdədir. Sakinlərdən Tural Əliyev bildirib ki, 5 şəhidi olan kəndin problemləri həll olunmur:

“Qaz xətti kəndin yaxınlığından keçir. Amma kəndimizə qaz çəkilmir. Bununla bağlı dəfələrlə müraciət etmişik, amma bir nəticəsi yoxdur”.

Sakinlər bildiriblər ki, artezianlar kəndin tələbatını ödəməyə yetmir. Yollar da uzun zamandır təmirsiz olduğundan kələ-kötürdür.

Çiçi-Səbətlər Bələdiyyəsinin sədri Arif Ömərov  bildirib ki, kənddə qaz yoxdur. Amma su problemini həll etmək üçün müəyyən işlər görülür. “Azərsu” ASC tərəfindən artezian vurmaq üçün yer müəyyənləşdirilib:

“Qubadan olan deputatlar da işləyirlər. Çalışırlar ki, kənd sakinlərinin problemləri həll olunsun. Yol probleminin həll edilməsi də nəzərdə tutulub. Səbətlər kəndində 400-dən çox ev, 1500-dən çox sakin var”.

Bələdiyyə sədri deyib ki, kəndin əsas problemlərindən biri bəndin olmamasıdır. Selin qarşısını almaq üçün bənd qoyulmalıdır.

Reklam ADS