Azad Media Susdurula Bilməz!
Qaz İxrac idarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR...
şi̇kayət müraci̇ət

Qaz İxrac idarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR...

" ,,Azəriqaz" İstehsalat Birliyində və Qaz İxrac İdarəsində 2009-cu ildən sonra belə bir adət-ənənə yaranıb: köhnə, tam təkmilləşmiş işçilər sıxışdırılıb çıxarılır və yaxud da "ağzına kilid vurulur". Vəzifələrə savadsız, yaltaq, iş bilməz keçmişi ləkəli, abonentlərə qarşı qəddarlığı ilə seçilənləri gətirirlər". Bu barədə Bakufakt.az-a edilən müraciətdə deyilir.
Müraciət müəllifləri eyni zamanda sözügedən idarədə böyük yeyinti faktını da ortaya çıxarıblar ki, bu da gərəkən qurumların diqqətini mütləq cəlb edəcək.
Narazı işçilər yazır: "Qurğu və avadanlıqların əksəriyyəti texniki tələblərə cavab vermir. 1958-ci ilin avadanlıqlarını rəngləyib, texniki cəhətdən istismara yararlı göstərirlər.
Təsərrüfatdan xəbərsiz işçiləri attestasiya edir, istismardan xəbərsizlər rəhbərlik edir. Hətta Departament rəisləri də var ki, anlayılşları yoxdur bu sahədən...
Bir araşdıran olsa, burda böyük yeyinti var..."

IRON MAX AZERBAIAN