Azad Media Susdurula Bilməz!
 “Kreslo virusu”
MÜSAHİBƏ

“Kreslo virusu”

Bu gün xidmətin bəzi sahələrini bu günə qoyan savadsız, qeyri-peşəkar və tamahını saxlaya bilməyən rəhbərlərdir. Savadsız, təhsili olmayan qeyri-peşəkar kadrlar vəzifəyə gələndə kimlərinsə başının üstündə məmur olur və hər şeyi öz bildiyi kimi idarə edir. Bununla yanaşı, bu gün təyin edilən vəzifə sahiblərinin tərcümeyi-halıyla, onun dönyagörüşüylə, təhsili ilə, vətəndaşla, şəxsi heyətlə və xüsusi kontingentlə olan münasibətiylə də maraqlanmaq lazımdır.

Ümumiyyətlə, rəhbər vəzifələrə təyinatlar zamanı təqdimat verən şəxslərin ciddi olmağının tərəfdarıyam. Çünki indi yeni dövrdür və tələb də başqa cürdür.

Dövlət müəssisəsinin iflic vəziyyətinə düşməsinin ilk simptomları həmin vəzifəyə işə aidiyyatı olmayan və buna görə də ixtisaslı, bilikli işçilərə qısqanclıqla yanaşan insanların vəzifə başına gətirilməsidir. Belə insanlar öz sahəsində heç bir nailiyyəti olmayan, amma həmişə başqa sahələrə də nəzarət etməyə çalışan, “kreslo sevdası” ilə alışıb-yanan insanlardır. Bu “kreslo virusu” tezliklə ətrafdakılara da yoluxur və müəssisə üçün ciddi təhlükə törədə biləcək bir xəstəliyə çevrilir.

Qeyd etməliyəm ki, bu naqis xislətin cazibə dairəsinə düşmək daha asandır, nəinki onu müalicə etmək. Bu virusa yoluxmuş adam özündən daha bacarıqlı insanları özündən uzaqlaşdırmaqla yanaşı, gələcəkdə ondan güclü ola biləcək şəxslərin öz yanına gəlmələrinə də mane olar.

"Bakufakt.az"

IRON MAX AZERBAIAN