Azad Media Susdurula Bilməz!
“Azərmaş lizinq”ə şok ittiham: “Krediti gecikdirən avtomobil sahiblərini təqib edirlər…” – MMC isə deyilənləri təkzib edir
MÜSAHİBƏ

“Azərmaş lizinq”ə şok ittiham: “Krediti gecikdirən avtomobil sahiblərini təqib edirlər…” – MMC isə deyilənləri təkzib edir

“Bakıda yeni reketlər peyda olub. Son günlər müxtəlif şəxslərdən, müxtəlif mənbələrdən məlumatlar almaqdayam. Bir qədər də özüm dəqiqləşdirmə apardım. Demək, Bakıda müxtəlif kredit-lizinq təşkilatları var ki, vətəndaşlara xoş və “şirin” vədlərlə avtomobil krediti ayırır. Daha sonra 3-5 gün (üzrlü və ya üzrsüz səbəblərdən) vətəndaşlar krediti yubadan kimi işə bu kredit-lizinq təşkilatlarının “problemli şöbəsi” qarışır. Hansı ki bu “şöbə” elə özü başdan-ayağa problemdir. Bu problemli şöbənin rəhbərliyi isə tam qeyri-qanuni olaraq qolu zorlu əməkdaşlarını salır Bakı küçələrinə. Bu şəxslər də Bakının ortasında avtomobillərə qanunsuz olaraq “saxla” əmri verir. Beləliklə, bilavasitə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Dövlət Yol Polisinin səlahiyyətlərini mənimsəyirlər. Amma fərqində deyillər! “Kabinet”də oturmuş “problemli şöbənin problemli rəhbərinin” qeyri-qanuni tapşırığını icra edirlər! Anlamırlar ki, sürücüyə “saxla” əmrini yalnız polis əməkdaşı verə bilər. Əlqərəz, vətəndaşlarımız isə tam doğru olaraq, xüsusi jarqon və xüsusilə də kobud ifadələrlə (tonla) qanunsuz “saxla” əmri verən bu enlikürək mülki geyimli şəxslərdən rahatsız olaraq, onların qanunsuz əmrlərinə tabe olmayaraq hərəkəti davam etdirdikdə bu şəxslər başlayırlar vətəndaşı qovmağa, təqib etməyə”

 

Reklam ADS