Azad Media Susdurula Bilməz!
Bu dünyada sizdən başka heç kim yoxmuş kimi...
MÜSAHİBƏ

Bu dünyada sizdən başka heç kim yoxmuş kimi...

Artıq neçənci dəfədir görürəm ki, körpə uşaqlara valideynin baş daşını qucaqlatdırırlar, qəbrin üstünə uzandırıb şəkil çəkdirir, sosial şəbəkələrdə paylaşırlar. Siz dünyadan köçən əzizinizi bu qədər sevib, hörmət edirsinizsə, onda onun əmanətini fiiziki və psixoloji cəhətdən sağlam böyütməklə məşğul olun. Qəbrin üstünə uzananda əziziniz qayıtmır, ya da o körpə bundan heç nə qazanmır. Əksinə, zədələnir. Mən bir şeyə əminəm ki, körpəlikdə, uşaqlıqda alınan psixoloji zədəni, travmanı böyüyəndə heç nəylə sağaltmaq, düzəltmək olmur. İzi qalır və faciəvi nəticələri olur... Zamanı çatanda psixoloq məsləhəti alaraq onu valideynin, doğmasının varlığı və yoxluğu ilə tanış edərsiniz... İndi o uşağın ehtiyacı qəbri yox, yerdə qalan doğmalarını qucaqlamaqdır. Ona görə lütfən ehtiyatlı olun, bir az düşünün də nə olar. Şəkli çəkdirdiniz, paylaşdınız, adamlar like elədi, ah-vay elədi, can yazdı, onda nə olur axı? Özünüzü doğmalarınızın, ətrafınızın həqiqi sevgisiylə təmin edin, öz üzərinizdə çalışın, uğurlu insan olmağa çalışın ki, natamamlıq kompleksi yaşamayasınız, like üçün dəyərlənizdən keçməyəsiniz... 

Bir də ki, bu cəmiyyət nə qədər güclü insana düşmən kəsilsə də, ondan yazıq obraz yaratmaq istəsə də, nəhayətində qətiyyətli və sağlam duruşu qəbul edir. Yəni kütləni az da olsa dəyişmək olur. Öz ətrafımızdan başlayaraq... Onların ehtiyac duyduğu rolda, obrazda olmayın, özünüz olun, doğmalarınızla birgə öz həyatınızı yaşayın. 

Bu dünyada sizdən başqa heç kim yoxmuş kimi...

Www.bakufakt.az 

IRON MAX AZERBAIAN