Azad Media Susdurula Bilməz!
Turab Teymurov: “Formula-1” yarışında konsert olmayacaq” - MÜSAHİBƏ
MÜSAHİBƏ

Turab Teymurov: “Formula-1” yarışında konsert olmayacaq” - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, ötən aydan etibarən Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi postuna Turab Teymurovun təyinatı rəsmiləşib.Bu münasibətlə və “Formula-1” Azərbaycan Qran-prisi ilə bağlı ən son yenilikləri öyrənmək üçün onunla əlaqə saxlayıb. 

– Təyinatla bağlı fikirlərinizi bölüşməyinizi istərdik. Hansı yeniliklər gözlənilir?

– Artıq altı ilə yaxındır, BŞH Əməliyyat Şirkəti təsis olunduğu ilk gündən “Formula-1” Azərbaycan Qran-prisinin təşkilində yaxından iştirak edirəm. Ölkəmiz dünyanın ən nüfuzlu idman yarışına ev sahibliyi edir və biz Əməliyyat Şirkəti olaraq bu istiqamətdə təbliğat işinin yüksək səviyyədə təşkili üçün əlimizdən gələni edirik. Milli mətbuat katibi kimi mənə yüksək etimad göstərilib. “Formula-1” Azərbaycan Qran-prisinin və onun timsalında ölkəmizin təbliğatında səylərimi əsirgəməyəcəm.

– Builki Azərbaycan Qran-prisi iyunda baş tutacaq. Azarkeşləri əvvəlki yarışlardan fərqli hansı yeniliklər gözləyir?

– Yarış 10-12 iyun tarixlərində baş tutacaq, üç gün davam edəcək. Pandemiya səbəbindən, tamaşaçıların təhlükəsizliyini qorumaq məqsədilə yarışlar zamanı konsert proqramı nəzərdə tutulmayıb. Lakin hər il olduğu kimi, bu dəfə də azarkeşlər üçün maraqlı əyləncə proqramları təşkil olunacaq. Bunlar yarış formatının ayrılmaz hissəsidir və şəhərimizdə xüsusi canlanma yaradır. Neçə ildir ki, ardıcıl olaraq Qran-priyə qatılan “Formula-1” azarkeşləri bunu təsdiqləyə bilərlər. Xüsusi vurğulamalıyam ki, tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunacaq.

Mənbə//Oxu.az

Turab Teymurov: “Formula-1” yarışında konsert olmayacaq” - MÜSAHİBƏ

Reklam ADS