Azad Media Susdurula Bilməz!
Dr Psixiatr Mələk
MÜSAHİBƏ

Dr Psixiatr Mələk

Şəxsiyyət pozuntusu, kəskin və bir o qədərdə sağlam olmayan düşüncə və davranış qaydalarına sahib olduğunuz bir ruhi xəstəlikdir. Şəxsiyyət pozuntusu olan bir insanın- vəziyyətləri və insanları qavraması və onlarla münasibət qurması çətindir. Bu, münasibətlərdə, ictimai fəaliyyətlərdə, işdə və digər fəaliyyətlərdə ciddi problemlərə və məhdudiyyətlərə səbəb olur.

Bəzi hallarda düşüncə və davranış tərziniz sizə təbii göründüyü üçün şəxsiyyət pozuntunuz olduğunu anlamaya bilərsiniz. Qarşılaşdığınız problemlərdə başqalarını günahlandıra bilərsiniz.

Şəxsiyyət pozuntuları ümumiyyətlə yetkinlik və ya daha erkən dövrdə başlayır. Şəxsiyyət pozuntularının bir çox növü var. 

•Paranoid şəxsiyyət pozuntusu

•Şizoid şəxsiyyət pozuntusu

•Asosial şəxsiyyət pozuntusu 

•Emosional davamsız şəxsiyyəti pozuntusu : 1) Sərhədli tip (Borderline) 2) İmpulsiv tip 

•Isterik tip şəxsiyyət pozuntusu 

•Narsistik tip şəxsiyyət pozuntusu 

•Təşvişli tip şəxsiyyət pozuntusu

•Asılı tip şəxsiyyət pozuntusu

•Obsesif-kompulsiv tip şəxsiyyət pozuntusu.

Şəxsiyyət, sizi misilsiz edən düşüncə, duyğu və davranışın birləşməsidir. Bu sizin uşaq yaşlarından özünüzü necə gördüyünüz, ətraf mühitə baxışınız, anlayışınız və davranışınızdır. Şəxsiyyət bir sıra faktorların qarşılıqlı əlaqəsi ilə formalaşır:

Genetik faktor. Bəzi şəxsiyyət xüsusiyyətləri irsi genlər vasitəsilə valideynləriniz tərəfindən sizə ötürülə bilər. Bu keyfiyyətlərə bəzən xasiyyətiniz deyilir.

Sizi əhatə edən mühitiniz. Bura böyüdüyünüz mühit, keçmişdə yaşadığınız hadisələr , ailə üzvləri və başqaları ilə münasibətlər daxildir.

Şəxsiyyət pozuntularının bu genetik və ətraf mühit amillərinin birləşməsindən qaynaqlandığı düşünülür. Genləriniz sizi şəxsiyyət pozuntusunun inkişafında risk qrupuna daxil edə bilərsə , həyat tərziniz həqiqi inkişafına səbəb ola bilər

15 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası.. 

Reklam ADS