Azad Media Susdurula Bilməz!
Həkimin ən böyük uğuru müalicə etdiyi xəstənin sağalmasıdır
MÜSAHİBƏ

Həkimin ən böyük uğuru müalicə etdiyi xəstənin sağalmasıdır

Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ayrı-ayrı qurumlar dövlətin bu siyasətinin icrası istiqamətində işlər görür.

Suraxanı rayonu Hövsan qəsəbəsindəki 23 saylı şəhər poliklinikasının baş həkimi Sənan Əliyev də bu siyasətə uyğun olaraq öz peşə fəaliyyətində daim Qarabağ müharibəsinin iştirakçılarının problemlərinə xüsusi diqqətli yanaşması ilə fərqlənir. Öz tərcübəmdən çıxış edərək deyə bilərəm ki, Sənan Əliyev və rəhbərlik etdiyi səhiyyə müəssisəsi daim müharibə iştirakçılarına, onların ailə üzvlərinin problemlərinə xüsusi həssaslıqla yanaşaraq həlli istiqamətində bütün qüvvələrini səfərbər edirlər. 

Sənan Əliyev təkcə ixtisaslı həkim və poliklinika rəhbəri kimi öz peşə borcunu yerinə yetirmir, həm də müharibə iştirakçılarının problemlərinin həlli istiqamətində bacardığı qədər köməyini əsirgəmir. 

Onunla təmasda olan müharibə iştirakçılarından biri kimi daim özümə qarşı daha həssas münasibət, anlayış, diqqət və qayğı hiss etmişəm. Məhz bu təmasların nəticəsini qısa müddətdə hiss etmiş, normal həyata dönmək üçün tibbi, psixoloji dəstəyin müsbət nəticəsini şəxsən yaşamışam. Əminəm ki, mənim kimi poliklinikaya tibbi yardımla bağlı müraciət edən digər müharibə iştirakçıları, qazilər də Sənan Əliyev və onun rəhbərlik etdiyi tibb müəssisəsi haqqında eyni sözləri söyləyə bilərlər. Sənan Əliyev öz həkim andına sadıq qalaraq peşə bacarıqları ilə insani duyğularının bir arada verdiyi dəstəyi pasiyentlərdən əsrigəməyən peşəkar Azərbaycan həkimlərindən biridir. 

Buna görə müharibə iştirakçısı olaraq Sənan Əliyevə bu münasibətinə və peşəkar fəaliyyətinə görə təşəkkürümü bildirir, gələcək işlərində uğurlar arzulayıram.

Rəşad Borcəliyev, 

İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı

Reklam ADS