Azad Media Susdurula Bilməz!
Zamin duran şəxslərin DİQQƏTİNƏ - Kartınızdan pul silinə bilər - AÇIQLAMA
MÜSAHİBƏ

Zamin duran şəxslərin DİQQƏTİNƏ - Kartınızdan pul silinə bilər - AÇIQLAMA

İnsanların bir çoxu kredit götürərkən zamin tapmaqda çətinlik çəkirlər. Belə ki, əksər şəxslər zamin olacaqları təqdirdə daşıyacaqları məsuliyyətdən qorxur, bu işə isti yanaşmırlar. 


Maraqlıdır, zamin durmaq üçün hansı şərtlər tələb olunur ? Bəs zamin olduğumuz təqdirdə, borcalan  şəxs kreditora  olan borcunu ödəyə bilməsə, hansı məsuliyyəti daşımış oluruq?

Məsələ ilə bağlı Gundem.az-a danışan vəkil Rəşad Əliyev müqavilə müddəti bitənə qədər zaminin müqavilədən imtina edə bilmədiyini, lakin zaminliyin ləğvi üçün məhkəməyə müraciət edə biləcəyini deyib. O, mülki qanunvericilikdə zamin duran şəxsin məsuliyyətinin iki formada tənzimlənidiyini deyib – subsidiar və birgə məsuliyyət.

 “Əgər zaminlik müqaviləsində birgə məsuliyyət nəzərdə tutulubsa bu halda bank birbaşa zaminə öhdəlikləri yerinə yetirməsi üçün yönəltmə edə bilər. Əgər subsidiar məsuliyyət nəzərdə tutulubsa, bu halda ilk öncə məhkəməyə müraciət edilməli və məhkəmə qərarından sonra zamindən  həmin öhdəliklərin icrası tləb olunmalıdır .Müqaviləni imzaladıqdan sonra zaminin artıq borclu ilə birgə öhdəlikləri yaranır.Zamin həmin borcunu tam  və ya hissə-hissə ödəmədikdə bank artıq zaminin öhdəlikləri ödəməsi üçün müvafiq addımlar ata bilər. Əgər borclu öz borcunu ödəyə bilməsə həmin şəxsin müvafiq gəlirləri olsun ,yəni hər hansı formada maaş yaxud pensiya gəlirləri olsun ki,borclu öhdəliklərini yerinə yetirə bilmədikdə onun öhdəliklərini zaminə yönəltmək mümkün olsun. Bank bununla öz risklərini sığortalayır və itirilməsi ehtimal olunan pulun əldə olunması üçün özünü sığortalayır”,-hüquqşünas qeyd edib.

Rəşad Əliyev əlavə edib ki, kredit müqaviləsinə yalnız  zaminin xəbəri oladan dəyişiklik edilərsə, kredit müddəti uzadılarsa, yaxud faizlər artırılarsa, bu zaman zaminliyə xitam verilə bilər:

“Zaminlik müqaviləsi bağlandıqdan sonra əgər borc alan dəyişirsə, bu halda zaminin həmin öhdəlikdən imtina etmək hüququ var və müqavilənin ləğv olunması ilə bağlı müvafiq addımlar ata bilər. Həmçinin zaminlik müqaviləsində dəyişiklik edilirsə və zamin üçün əlverişsiz şərtlər müəyyən olunursa, bu halda zamin həmin müqavilədən imtina etmək hüququna malikdir. Əgər zamin borclunun yerinə müəyyən məbləğ ödəyibsə, onun borcunu kredit təşkilatına ödəməni həyata keçiribsə, bundan sonra həmin məbləği borclu şəxsdən yəni zamin durduğu şəxsdən tələb etmək hüququna malikdir. Şəxslə zaminlik müqaviləsi bağlayan zaman bunun qarşılığında müəyyən muzd almaq hüququ da vardır. Bu, qanunvericilikdə Mülki Məcəllədə təyin olunur. Zamin duran şəxslər həmin borcluya, kimə ki zamin dururlar həmin şəxsdən bunun qarşılığında müəyyən muzd tələb etmək hüququna malikdilər”.

Müsahibimizin sözlərinə görə bəzən bank zaminə xəbərdarlıq etmədən onun əmək haqqı kartından  kredit ödənişini  silir: "Bu, zaminin rəsmi işlədiyi ,yaxud əmək haqqı kartının həmin bankda olduğu halda baş verir. Zamin duran şəxslər bilməlidir ki,kreditorla bağlanan  müqavilədə belə bir müddəa yoxdursa, bankın bu əməli qanunsuz  hesab edilir və məhkəmə  qaydasında iddia qaldıraraq məbləği geri tələb etmək mümkündür

IRON MAX AZERBAIAN