Xocalı İdman Klubu - Əlamətdar görüş 01 noyabr 2025-ci il Suraxanı rayonu
Əlamətdar görüş!
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı,
Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti — cənab Adil Əliyev,
Xocalı İdman Klubunun idmançılarını və baş məşqçisini qəbul edib.
Cənab Adil Əliyev, klubun son yarışlarda qazandığı uğurları yüksək qiymətləndirib, idmançılarımızı təbrik edib və gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayıb.
Görüş zamanı xatirə fotosu çəkilib, xoş sözlər və dəyərli tövsiyələr səslənib.
Federasiyanın Fəxri Prezidenti həmçinin baş məşqçi Əli Cəfərova tapşırıqlar verərək, klubun fəaliyyətinin daha da inkişaf etdirilməsi və idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr qazanması üçün tövsiyələrini bildirib.
Xocalı İdman Klubunun adından —
bütün idmançılar, valideynlər və məşqçilər cənab Adil Əliyev müəllimə göstərdiyi diqqət, qayğı və dəstəyə görə
dərin minnətdarlığımızı bildiririk!
Bizə göstərilən etimadı doğrultmaq üçün
daha əzmkar çalışacaq, Azərbaycan bayrağını daim ucalarda dalğalandıracağıq!

