Hövsanda döyüldüyünü deyən qazi ilə bağlı açıqlama
Sosial şəbəkələrdə Suraxanı rayon Hövsan qəsəbəsində müharibə iştirakçısı Hikmət Əsgərovun tikinti apardığı ərazidə insidentin baş verməsini əks etdirən görüntülər yayılıb. O, qanuni əsaslarla tikinti aparmasına dövlət qurumlarının imkan vermədiyini bildirib, həmçinin döyüldüyünü iddia edib.
"Qafqazinfo" xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, H.Əsgərov müharibə iştirakçısı olmasındanan sui-istifadə edərək döyülmə təəssüratı yaradıb: “Hikmət Əsgərov Hövsan qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində heç bir hüquq müəyyənedici sənədlər olmadan özbaşına tikinti işləri aparıb. Polis tikintini dayandırıb. Bu zaman Hikmət Əsgərova komissiya üzvləri tərəfindən heç bir fiziki təzyiq göstərilməyib və o, “döyüldüyü” təsəvvürü yaratmaq üçün özünə qəsdən xəsarət yetirib