Ağzını tikən keçmiş MAXE ilə bağlı rəsmi açıqlama
Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Namiq Süleymanovun ağzını tikməsi ilə bağlı görüntüləri yayılıb. Görüntülərdə N.Süleymanovun dövlət qurumları tərəfindən problemlərinə etinasız yanaşıldığına görə ağzını iynə-sapla tikərək aclıq aksiyası etdiyi bildirilib.
Məsələ ilə bağlı keçmiş hərbçinin ailəsi ilə əlaqə saxladıq. Həyat yoldaşı “Qafqazinfo”ya bildirdi ki, mənzil və iş problemi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinə, eləcə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də, onlara heç bir kömək göstərilməyib: “Nə evimiz, nə işimiz var. Hazırda Ağcəbədi rayonunda yaşayırıq. Həyat yoldaşım hərbçi idi. Lakin müqaviləsi bitəndən sonra işdən azad edildi. Namiq Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Şuşanın azad olunmasında iştirak edib və medallarla təltif olunub. Hazırda rayon sakinlərinin köməyi ilə Ağcəbədidə qaçqınlar üçün tikilən qəsəbədə məskunlaşmışıq. Laçın RİH başçısı Aqil Nəzərlinin də qəbulunda olduq, lakin heç bir köməklik göstərilmədi