Azad Media Susdurula Bilməz!
5 000 manatlıq cərimə: Marketlərə ət haradan GƏTİRİLİR?
KRİMİNAL

5 000 manatlıq cərimə: Marketlərə ət haradan GƏTİRİLİR?

Azərbaycanda açıq və pərakəndə ət satışı geniş olsa da, son vaxtlar insanlar normal ət almaq üçün daha çox marketlərə üz tuturlar. Əvvəl küçə və yol kənarlarında kəsilmiş ətə üstünlük verilirdisə, indi durum bir qədər dəyişib.

İnsanlar iri market və supermarketlərdə səliqə ilə düzülmüş ət çeşidlərini almağa daha çox maraq göstərirlər. Çünki supermarketlərdə satışa çıxarılan bütün ət məhsullarının Qida Təhlükəsizliyi Agentliyi və baytarlar tərəfindən təhlükəsizlik sertifikatı olur.

Qaydaya görə, belədir. Məsələ burasındadır ki, istehlakçıların çoxu həmin arayışı nə satıcılardan tələb edir, nə də bəzi ət məhsullarının üzərində əks olunması vacib olan məlumatların niyə yer almadığını soruşurlar.

Maraqlıdır, supermarketlərə ət haradan gətirilir? Satışa çıxarılmadan ət məhsullarının tərkibi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılırmı?

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, istənilən marketdə Qida Təhlükəsizliyinin arayışı və icazəsi olmadan ət satışı həyata keçirilə bilməz:

“Supermarketlərin bəzilərinin özlərinin təsərrüfatları var. Əksəriyyətinin isə yoxdur. Buraya malı vermək üçün mütləq baytarlıq və Qida Təhlükəsizliyi Agentliyinin arayışı olmalıdır. Yalnız bu halda ət dükana daxil ola bilər. Sözügedən qurumların arayışları olmadan ətin dükanda satışı qadağandır. Bu arayışlar olmadan satış həyata keçirilərsə, həmin müəssisələri fiziki və hüquqi şəxs olmasıdan asılı olmayaraq cərimələr gözləyir. Hər market ət satışı ilə məşğul ola bilməz.

Ət satışı həyata keçirmək üçün mütləq Qida Təhlükəsizliyi Agentliyindən razılıq alınmalıdır. Əsas məsələ sanitar tələblərə cavab verən infrastrukturun olmasıdır. Ət “soyuq zəncir” sistemində istehlakçıya təqdim olunmalıdır.

Lazımi avadanlıqlar sanitar qaydalara uyğun deyilsə, elə yerdə AQTA ət satışına icazə vermir. Bir sözlə, heyvanlar fermadan satışa gələnə qədər AQTA tərəfindən izlənilməlidir. Onu daşıyan, kəsən, saxlayan “soyuq zəncir”lə hərəkət etməlidir

IRON MAX AZERBAIAN