Həyat yoldaşının başını kəsən şəxs: “Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Məmməd Mirizadə deyib ki, qətlə yetirilən şəxsin anasının iş yoldaşı olub.
“Ayşən küçədə gedirdi. Mən ona yaxınlaşanda Əsgər gəlib məni vurub qaçdı”.
Təqsirləndirilən şəxs Əsgər Musayev isə şahidin yalan danışdığını bildirib. O qeyd edib ki, narkotik istifadəçisi olan Ayşənin Məmməd Mirizadə ilə sevgi münasibəti olub:
“Mən yoldaşımı evə aparırdım. Məmməd qarşıma çıxdı. Şübhələndim. Başqa yolla gedib onu izləyəndə gördüm ki, Məmməd Ayşənə yaxınlaşdı, başladı onu döyməyə. Mən onlara yaxınlaşıb Məmmədi vurdum. Məmməd zəng vurub dostlarını çağıranda mən qaçdım. Ayşənə narkotik qəbul etməyi Məmməd öyrətmişdi. Qətlə yetirməyimin də səbəbi bu olub”.
Digər şahid, təqsirləndirilən şəxs, Əsgər Musayevin atası Mansur Musayev bildirib ki, oğlu 5 il ailəli olub.
“Əvvəl 2 il yaxşı yaşayıblar. 2 ildən sonra qayınanasının təkidi ilə bizim yanımızdan köçdülər. Bir müddət aralarında problem yarandı. Ondan sonra ailədə problemlər daha da artdı. Eşitdim ki Ayşən başqa kişilərlə görüşür. Bunu oğluma demək istəmirdim. Bir dəfə qızı bir oğlanla gördüm. Sonradan eşitdim ki, narkotik istifadəçisidir. Bir dəfə Ayşənə dedim ki, sənin haqqında məlumatlar var, özüm də oğlanla görmüşəm. Ona dedim ki ya bu yoldan çəkil, ya da ayrıl. Ayşən məni və oğlumu hədələyirdi. Mənə dedi ki, mənimlə bağlı maraqlanmayın, mən öz həyatımı yaşayıram. Hadisədən 6 ay əvvəl bunu oğluma dedim”.
Ə.Musayevin anası Məhbubə Musayeva isə deyib ki, qətl hadisəsi baş verəndə işdə olub:
“Əsgər mənə zəng vurdu ki, iş yerinə gəlirəm. Gəldi götürdü və dedi ki Ayşəni öldürmüşəm. Sonra gedib təslim oldu