Azad Media Susdurula Bilməz!
Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT
KRİMİNAL

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT


Onun zorladığı insanlar arasında ən kiçiyinin 11 yaş var idi. Ən böyüyü isə 71 yaşlı qadın idi. 25 yaşlı qadını 14 saat ərzində cinsi istismar etmişdi. Ananın gözü qarşısında iki övladını... Bir sözlə, dünyanın ən dəhşətli cinayətlərinə imza atan şəxslərdən birini yanlışlıqla azad edirlər. Və bu vəhşiliklərin əksəriyyəti də onun həbsdən azad olunduqdan sonrakı tarixə düşür. 

İstintaq.az-ın “Cinayət Dosyesi” layihəsində bu dəfə sizə Böyük Britaniyada xeyli sayda təcavüzə imza atan, ətrafına terror yaşadan və yanlışlıq nəticəsində azadlığa çıxan Cozef MkKann barəsində söhbət açacağıq. Onun etdiyi vəhşiliklərə diqqət edəndə insanın nitqi quruyur. Nə deyəcəyini, bu vəhşət barəsində nə yazacağı barədə tərəddüddə qalırsan. Bu insan sanki dünyaya vəhşilik etmək, insanlığa qarşı çıxmaq üçün gəlib. 

İstintaq materiallarından bəlli olur ki, Cozep MkKannın kriminal əməlləri 11 yaşından başlayıb. O, qardaşları ilə birlikdə yaşadığı məhəllədə artıq ətrafa zərər verməyə başlamışdı. Demək olar ki, onlar bütün məhəllə sakinlərinin gözlərini qorxutmuşdu. 

Polisdən uğurla yayına bilmənin SİRRİ 

Cozef McCann 8 fevral 1985-ci ildə anadan olub. Uşaqlıqdan cinayətə meyl göstərib. Və qardaşları ilə birlikdə cinayətkar dəstəyə qoşulur. Onu xüsusi şəbəkənin dəstəkləməsi barədə məlumatlar var idi. Elə buna görə də bir çox cinayət törətsə də uğurla polisdən yayına bilirdi. 

1996-cı ildən bəri Cozef və qardaşları Şon (ondan bir yaş böyük) və Maykl (iki yaş kiçik) öz yaşadıqları və nəzarət ərazilərində ətrafa qorxu saçırdılar. Onlar xüsusi cinayət şəbəkəsinin müəyyən bir qoluna rəhbərlik edirlər. Cozef ilk dəfə 11 yaşında polisə yaxalanır. Onun ilk cinayəti oğurluqla bağlı olub. Sonradan törətdiyi cinayətləri növləri dəyişir. Başqalarının əmlakına zərər vurma, bıçaqla qorxudub saxlama, oğurlanmış əşyaları satma və s. Ətrafına yalnız neqativ enerji yayan Cozef yaşlı qonşulara hədə-qorxu gəlir və müəllim yanına hazırlaşmağa gedən azyaşlı uşaqlara qarşı zorakılıq edirdi. Onların əməlindən “cana doyan” qonşular məclis toplayır və rəsmi orqanlara şikayət göndərir. Hətta onların kriminal əməlləri barədə güc strukturlarına video da təqdim olunur. Bu videoda sözügedən qardaşların insanların əmlakını necə dağıtdığı, maşınlara ziyan vurduğu və hətta insanlara kərpic atdığı da lentə alınmışdı. Beləliklə, 1998-ci ildə qardaşlar yaşadığı evdən qovulurlar. 



Ancaq onlar hansı ünvanlarda yaşayırlarsa oranı cəhənnəmə döndərməyə nail olublar. Bu üç oğlan yerli əhalinin əsl probleminə çevrilmişdi. Onlar mühakimə edilib tutulurlar. Bu zaman yerli mətbuat yazırdı ki, ətrafda cinayətlərin baş verməsində xeyli azalma qeydə alınıb. Supermarketlərin gəlirlərində belə artım hiss olunur. Qardaşlar bu həbs qərarından əvvəlcə Kral Məhkəməsinə, sonra isə Ali Məhkəməyə şikayət ediblər.

Hər iki məhkəmə onlara rədd cavabı verir. 

Ətraf üçün "cinsi zərər riski" daşıyan gənc

Onlar 2008-ci ildə azadlığa çıxdıqdan sonra da pis əməllərindən geri qalmırlar. Buna görə də Cozef 2008-ci ilin sentyabrında iki il altı ay müddətinə yenidən həbs olunur və İctimai Müdafiə Həbsxanasına göndərilir. 

2009-cu ildə onun qaldığı həbsxanası onun ətrafa "cinsi zərər riski" olması barədə məktub daxil olur. Rəsmi məktubda qeyd edilirdi ki, o “yetkinlik yaşına çatmayan qızlar üçün cinsi istismar və istismar riski yarada bilər”. Cozef 8 ildən artıq həbsxanada qalır. Onun vaxtından əvvəl azadlığa çıxması ilə bağlı müraciətləri rədd edilir. O, cəmiyyətə təhlükə riski daşıması ilə bağlı reabilitasiya kurslarından keçir. Və nəhayət, 2017-ci ilin martında şərtlə sərbəst buraxılır. 

Həbsxanadan azad edildikdən sonra Cozef Şərqi İngiltərədə on iki həftə xüsusi nəzarətdə qalır.

2018-ci ildə bir daha maşın oğurluğuna görə mühakimə edilir və 3 il 4 ay müddətinə azadlıqdan məhrum olur. Bu məhkəmə işində nədənsə onun əvvəlki işləri qaldırılmır. Elə bütün anlaşılmazlıqlar da burdan başlayır. Probasiya nəzarətində zabit xətaları olur. Qısa müddətdən sonra isə o şərtlə sərbəst buraxılır və qadınlarla münasibət qurmağı qadağan edilir. 

2019-cu ilin aprel ayının əvvəlində MkKann bir qadınla tanış olur. Onunla birlikdə yaşamaq, mənzil almaq üçün yerli hökumətə müraciət etdi. Ona etiraz cavabı verilir. Bu zaman Cozef onunla əlaqə saxlayan işçilərə qarşı kobud davranır, təhqir edir.

Bu hadisənin üstündən bir az keçən kimi - 21 aprel 2019-cu ildə MkKann 21 yaşlı bir qadını qaçıraraq təcavüz edir. Qadın gecə saat 3:30-da ziyafətdən evə qayıdırmış, Cozef bıçaq gücü ilə onu maşına itələyir. Sonra onu evə aparıb, zorlayıb və həmin gün səhər buraxıb. Qadının şikayəti əsasında polis onu axtarır. Lakin tapa bilmirlər. Axtarışda ola-ola o növbəti vəhşiliyini törədir. Aprelin 25-də gecə yarısında o, Londonun şimal-şərqindəki Uolhamstouda 25 yaşlı qadını sürüyərək maşınına mindirib qaçırır. Onu 14 saat ərzində zorladığı bildirilir. 

Cinayətlər bununla da bitmir. O maşınında əl-qolu bağlı bir qadın ola-ola başqa birini qaçırır maşına mindirir. Londonun şimalında, Edgwaredə 21 yaşlı qadına küçənin ortasında hücum edir. O həyasızcasına qurbanları otelə belə zorla aparmaqdan çəkinmirmiş. 

Polisin elan etdiyi mükafat və daha dəhşətli cinayətlər...

Polis onun yerini deyən üçün 20.000 funt-sterlinq mükafat təklif edir. Onu dəstəkləyən xüsusi cinayət şəbəkəsi gizlənməsinə köməklik edir. 

O ən dəhşətli cinayətlərindən birini həmin il mayın 5-də törədir. Böyük Mançesterdəki barda bir qadınla tanış olur. Bir qədər söhbətdən sonra qadını razı sala bilir ki, onu evinə ötürsün. Evə gələndə isə qapıda zorakılıqla içəri daxil olur. Qadının əl-qolunu bağlayır və gözü qarşısında 17 yaşlı qızını və 11 yaşlı oğlunu zorlayır. Sonra qız güc-bəla ilə birinci mərtəbənin pəncərəsindən tullanaraq evdən qaça bilib və qonşulara xəbər verib. MakKenn qaçanda oğul anasının bağlarını açır. 

Bundan sonra qəddar cinayətkar supermarketə gedir və orda 71 yaşlı qadını güclə qaçırıb ona təcavüz edib. Onun ardınla 13 yaşlı qızı qaçırıb və zorlayır. 14 yaşlı iki qızı qaçıraraq onları öldürməklə hədələyir. Bu zaman polis onun izinə düşür. Təqib zamanı MakKenn avtomobili ilə piyada vurur. Həmin zaman qızlar onun maşınında idilər. Sonra avtomobili qoyub qaçmağa başlayır. Qaçıb taksiyə minməyi bacarır. Polis onu mayın 6-da səhərə yaxın saat 3 radələrində kənd yolunda ağacda gizlənərkən tapır. 

Cozef MkKann ağacda belə tutulur

Daha sonra o, tutularaq nəzarətə götürülür. Bu cinayətlərə görə o, Old Bailey-də mühakimə olundu. İstintaq və məhkəmə araşdırması dekabra kimi uzanır. Nəhayət, o dekabrın 6-da 37 cinayətdə üzrə təqsirli bilinir. Və ona 30 illik həbs cəzası verilir. 


Bir daha qeyd edək ki, Cozefin ən vəhşi cinayətləri onun yanlışlıqla azad edilməsindən sonra baş verir. Elə buna görə, həbsxana rəhbərliyi Cozefin azad edilməsində məsuliyyət daşıyan məmur haqqında istintaq araşdırmasına başlayır. İstintaq nəticəsində günahkar hesab edilən məmurun rütbəsi aşağı salınır. O bütün cəmiyyət qarşısında üzr istəyir. Gecikmiş bu üzr taleyi məhv edilən insanlara nə qədər kömək olur?

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

Ananın gözü qarşısında uşaqlarını zorladı - QAN DONDURAN CİNAYƏT

IRON MAX AZERBAIAN