Bakıda QƏTL: sevgilisini evində öldürdü - TƏFƏRRÜAT
Bakıda qətl törədilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 23-də saat 11 radələrində paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Rayon sakini Sevinc Cəfərova yaşadığı evdə qətlə yetirilib. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərəçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bakufakt.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən S.Sadıqov qadının sevgilisi olub.
Belə ki, S.Cəfərovanın həyat yoldaşı bir müddət əvvəl vəfat edibmiş. Onların bir övladı olub. Həyat yoldaşını itirən S.Cəfərova S.Sadıqov ilə tanış olur və onların arasında sevgi münasibətləri yaranıb. Hadisə baş verən gün qadının oğlu məktədə olub. S.Cəfərovanın yaşadığı evə gələn S.Sadıqovla sevgilisi arasında mübahisə yaranıb. Mübahisə zəminində S.Sadıqov sevgilisini qətlə yetirib.
Dərsdən qayıdan uşaq evdə anasının öldürüldüyünün şahidi olub.