KRİMİNAL
Bank kartından pul oğurlayan bacı-qardaş saxlanıldı
Bakıda bacı və qardaş bank kartından pul oğurlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini olan qadın bank kartından 3 000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirib.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır