Azad Media Susdurula Bilməz!
Bakıda azyaşlı qız zorlandı.
KRİMİNAL

Bakıda azyaşlı qız zorlandı.

Dövlət Komitəsi paytaxtın Suraxanı rayonu ərazisində azyaşlının zorakılığa məruz qalmasına dair yayılan məlumatlara münasibət bildirib. 

 

Bakufakt.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Komitə əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan hadisə araşdırılıb:


"Əməkdaşlarımız Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailənin evinə gedib. Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir

IRON MAX AZERBAIAN