Azad Media Susdurula Bilməz!
Azərbaycanda qazi bıçaqlanıb
KRİMİNAL

Azərbaycanda qazi bıçaqlanıb

Siyəzən rayonunda 48 yaşlı Elçin Nadir oğlu Rəşidovu naməlum şəxs və ya şəxslər bıçaqlayıb.

Lent.az xəbər verir ki, o, ağır xəsarətlə Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin stabil olduğu bildirilir.

Onun hansı şəraitdə bıçaqlanması hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E. Rəşidov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır. Onun ruhi-xəstəlikdən əziyyıət çəkdiyi bildirilir.

IRON MAX AZERBAIAN