Azad Media Susdurula Bilməz!
Azərbaycanda daha bir kişi arvadını öldürüb İNTİHAR ETDİ
KRİMİNAL

Azərbaycanda daha bir kişi arvadını öldürüb İNTİHAR ETDİ

Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qusar rayon prokurorluğundanBakufakt.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

IRON MAX AZERBAIAN