Azad Media Susdurula Bilməz!
Cinayətdə şübhəli bilinən 68 nəfər tutuldu
KRİMİNAL

Cinayətdə şübhəli bilinən 68 nəfər tutuldu

İyulun 11-də və 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

IRON MAX AZERBAIAN