Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var (Yenilənib)
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində tanışını bıçaqlayan şəxsin kimliyi məlum olub.
Məlumata görə, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
* * * * *
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakufakt xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Şamil Amil oğlu Hüseynov tanışı ilə mübahisə edərkən bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.

