Bakıda arvadını izləyən kişi şok yaşadı: elə videolar gördü ki...
Ötən ilin oktyabr ayında Bakıda həyat yoldaşını amansızlıqla öldürən Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Rüfət Cəfərov (şərti ad və soyadlı) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakufakt.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda Binəqədi qəsəbəsində Mərkəz adlanan ərazidə həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə öldürən R.Cəfərov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib və 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sübhanə Cəfərovanın (şərti adlı) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Məhkəmədə məlum olub ki, hadisədən təxminən 1 ay əvvəl R.Cəfərov həyat yoldaşının ona xəyanət etdiyini öyrənib. Belə ki, R.Cəfərov 2 oğlu və 14 yaşlı qızı ilə birgə qardaşıgildə qonaq gedib və həmin gün işi ilə əlaqədar evə tək qayıdıb gecələyib. Həyat yoldaşı Sübhanə isə övladları ilə birgə qardaşıgildə olub. Həmin gecə saat 1 radələrində R.Cəfərov “Whatsapp”da arvadının onlayn olmasını görüb şübhələnib və onun telefon proqramını özünə istiqamətləndirib. Məlum olub ki, Sübhanə adını “Kəmalə” kimi qeyd etdiyi şəxslə yazışır, onlar bir birlərinə intim fotolar və videolar göndərir, həmçinin intim məzmunlu söhbətlər aparırlar. Rüfət meajlardan arvadının həmin şəxslə müxtəlif vaxtlarda görüşərək cinsi əlaqədə olmasını dəqiqləşdirib, həmçinin həyat yoldaşının başqa şəxslərlə yazışmalarını da üzə çıxarıb. O, “Kəmalə” adlı şəxsin nömrəsini Getcontact proqramı vasitəsilə axtarışa verdikdə həmin şəxsin əmisinin nəvəsi Elvüsal olmasını görüb. Bundan sonra Rüfət arvadını evdən qovub, həmçinin Elvüsalla görüşmək üçün onunla yazışmağa başlayıb.
Sentyabr ayında Rüfət arvadını evdən qoyduqdan sonra hüquqşünaslarla məsləhətləşib və qızını ondan almaq istədiyini deyib. Lakin uşağın yaşı ilə əlaqədar və digər səbəblərdən onun anasında qalma ehtimalının güclü olduğunu görüb. Rüfət “qızımın da anası kimi əxlaqsız olmasını istəmirəm” deyərək övladını ondan almağa cəhdlər göstərib, həmçinin Sübhanənin xəyanəti ilə bağlı qohumlarına deyib. Bununla belə oktyabrın 15-də o, boşanma prosesində olduğu həyat yoldaşını öldürmək qərarına gəlib. Sübhanə uşaqları Binəqədidə məktəbə qoyub evə qayıdarkən Rüfət ona hücum edərək bıçaqla çoxsaylı zərbələr endirib. Qadın hadisə yerində keçinib.
Məhkəmədə Sübhanənin telefonundan çıxan intim mesajlar və fotolar, eləcə də Rüfətin Sübhanənin görüşdüyü şəxslərlə yazışmaları sübut kimi təqdim edilib.
Qeyd edək ki, məhkəmədə qətlə yetirilən S.Cəfərovanın atası hadisəni törədən şəxsdən şikayətçi olmadığını bildirib.