Azad Media Susdurula Bilməz!
Polis Şirvanda əməliyyat keçirdi - Saxlanılanlar var
KRİMİNAL

Polis Şirvanda əməliyyat keçirdi - Saxlanılanlar var

Şirvanda 8 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə Bakufakt.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb. Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

IRON MAX AZERBAIAN