KRİMİNAL
Qubada DƏHŞƏT: Qardaş-qardaşı bıçaqladı
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakufakt.az məlumat verir ki, hadisə aprelin 12-də Timiryazev qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev münaqişə zəminində qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayevə bıçaqla döş qəfəsindən xəsarət yetirib
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)

