Kəmaləddin Heydərovun oğlunun milyonunu oğurlayan şəxs tutuldu
“AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev hə/bs edilib.
Bakufakt.аz xəbər verir ki, İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dəl*duz!uqda ittiham olunur.
Tanınmış şirkət rəhbərindən şik*yət/çi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İntiqam Səfərəliyev Tale Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.
Heydərovun şik*yəti əsasında İntiqam Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü maddə ilə yekun itt!ham verilib.
Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib.
Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının Üzvü və başqa vəzifələrdə də çalışıb.

